"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ə.Bafadarov: “Cari ildə qəsəbə əhalisinin sosial problemlərinin həlli istiqamətində işlər görəcəyik”

--2017-04-24 / 09:32

Nizami rayon Keşlə  bələdiyyəsinin sədri ələmdar Bafadarovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə cari ilin birinci rübünə yekun vurub.

Sədrin sözlərinə görə, bələdiyyə bir sıra layihələri icra edib və bu sırada aşağıda  qeyd edilən layihələri qeyd etmək yerinə düşərdi:

 “2017-ci ilin yanvar ayında Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarları ziyarət edilmiş və aprel şəhidləri yad edilmişdir. Fevral ayında 201 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Novruz bayramı münasibətilə 220 saylı məktəbdə ilaxır çərşənbəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Novruz bayramı münasibətilə qəsəbədə yaşayan əlillərə, şəhid ailələrinə və imkansızlara (cəmi 142 nəfərə) ərzaq yardımı verilmiş, Heydər əliyev adına parkda isə Nizami RiH, Nizami bələdiyyəsi və  Keşlə məktəblərinin   birgə  tədbiri  keçirilmişdir.     Keşlə qəsəbə parkının abadlaşdırılması, orada səliqə-səhman yaradılması və müasir dövrün tələblərinə uyğun səviyyədə olmasına nail olmağa çalışmışıq. Bu məqsədlə bələdiyyə büdcəsindən Keşlə parkının saxlanmasına 2640 manat vəsait ayrılmışdır.     

1 rübdə  bələdiyyəyə 66 ərizə və 28 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 28 məktub göndərilmiş, 11 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 5 nəfər sakinə ümumilikdə 900 manat məbləğində maddi yardım ayrılmışdır. 39 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.

1 rüb ərzində bələdiyyənin mədaxili 41.461 manat olmuşur. O cümlədən; yaşayış sahələrindən yığılan vergilər: torpaq vergisi 17.908 manat, əmlak vergisi 22.404  manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən yığılan vergilər: icarə haqqı 849 manat, mehmanxana rüsumu 300 manat olmuşdur.

Bələdiyyənin məxarici isə 42.975 manat olmuşdur. O cümlədən; I rübə olan məlumat:  əmək haqqına 26.667 manat, maddi yardım 900 manat, digər xərclər 12.768 manat.  

01.04.2017-ci ilə olan qalıq 3.836 manat təşkil edir.     Biz qəsəbə əhalisinin sosial problemlərinin həlli istiqamətində işlər görəcək və asudə vaxtlarının səmərəli keçməsində də öz köməyimizi əsirgəməyəcəyik”

Belediyye.info

ŞƏRHLƏR